Modern.az

Bəzi rayonların qazı KƏSİLƏCƏK

Bəzi rayonların qazı KƏSİLƏCƏK

Aktual

24 Noyabr 2023, 07:48

“Qaz İxrac” İdarəsinə məxsus yeni çəkilmiş “Horadiz-Laçın” yüksək təzyiqli magistral qaz kəmərinin “Beyləqan-Horadiz” magistral qaz kəmərinə birləşdirilməsi ilə bağlı 24.11.2023-cü il saat 08:00-dan işlər başa çatanadək “Füzuli Diaqnostika”, “Füzuli-Horadiz”, “Allahyarlı” və “Əhmədbəyli” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

 

Moden.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

 

Təmir işləri aparılan müddətdə Füzuli rayonunun tam olaraq, Beyləqan rayonunun isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama