Modern.az

Kəlbəcər şəhər günü qeyd edilib

Kəlbəcər şəhər günü qeyd edilib

Aktual

24 Noyabr 2023, 11:32

YAP Kəlbəcər rayon təşkilatı və Şərqi Zəngəzur Regional Mədəniyyət idarəsinin Kəlbəcər rayon sektoru tərəfindən 24 noyabr 2023-çü il tarixində  'Heydər Əliyev İli" çərçivəsində 25 noyabr Kəlbəcər şəhər günü qeyd edilib. Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Heydər Bəylərov, Murov Həsənov, Millət vəkili Aqil Məmmədovun köməkçisi Zahir Əliyev, Kəlbəcər rayon Uşaq İncəsənət məktəbinin direktoru Ədalət Əliyev, Vətən Müharibəsi Veteranları ictimai birliyinin Kəlbəcər rayonu üzrə sədri Ramiz Əliyev,  ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Kəlbəcər rayon Uşaq İncəsənət məktəbinin şagirdlərinin əl işlərindən ibarət sərgisi təşkil edilib. Sərgidə şagirdlərin vətənpərvərlik mövzusunda müxtəlif janrlarda çəkdikləri rəsm əsərləri və əl işləri təqdim edilib.

 

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov ilk öncə Kəlbəcər şəhər günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Sədr Həbib Misirov 44 günlük Vətən müharibəsinin  Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, siyasi iradəsi,, Azərbaycan Ordusunun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı hesabına xalqımızın zəfəri ilə başa çatdığını və Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldığını söyləyib.Beləliklə, 1993-cü il aprelin 2-də ermənilər tərəfindən işğala məruz qalan Kəlbəcər 2020-ci il noyabrın 25-də 44 günlük Vətən müharibəsində qazandığımız Qələbə ilə öz azadlığına qovuşdu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Kəlbəcərə də həyat yenidən qayıdır.

 

Kəlbəcər rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Heydər Bəylərov, Kəlbəcər rayon Uşaq İncəsənət məktəbinin direktoru Ədalət Əliyev, Kəlbəcər rayon Vətən Müharibəsi  Veteranlar birliyinin sədri Ramiz Əliyev və digərləri çıxış edərək bildirdilər ki, Azərbaycan Prezidenti İlham Əliyev 25 noyabr 2020-ci ildə televiziya ilə müraciətində Kəlbəcər rayonunun işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib.Kəlbəcərin işğaldan azad edilməsi şərəfinə Azərbaycan Respublikasında “Kəlbəcərin azad olunmasına görə” medalı təsis olunub. 25 Noyabr Kəlbəcər şəhər günü təsis edilib.Hazırda Kəlbəcərdə bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, rayon dirçəldilir. Kəlbəcərin əhalisi doğma yurda qayıdış gününün başlamasını səbrsizliklə gözləyir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama