Modern.az

Şamaxıda ağac kəsən şəxs cərimələndi - FOTO

Şamaxıda ağac kəsən şəxs cərimələndi - FOTO

Aktual

24 Noyabr 2023, 12:58

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri zamanı şəhər ərazisində qanunsuz ağackəsmə faktı aşkar edilib.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, polis əməkdaşları tərəfindən həmin şəxs müəyyən olunub və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək aidiyyəti üzrə göndərilib.

 

Həmçinin, şöbə əməkdaşları tərəfindən keçirilən digər tədbirlər nəticəsində oduncağın tədarük edilib daşınması qaydasını pozan şəxs müəyyən edilib. Onun barəsində də İnzibati Xətalar Məcəlləsinin 252-ci (meşəqırma fondundan istifadənin, oduncağın tədarük edilib daşınması qaydasının pozulması) maddəsi ilə protokol tərtib olunub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama