Modern.az

TƏBİB rəsmisi əhalini vaksinasiyaya çağırdı

TƏBİB rəsmisi əhalini vaksinasiyaya çağırdı

Aktual

24 Noyabr 2023, 15:14

“Hepatit A virusuna qarşı vaksin var”.

 

Modern.az xəbər verir ki, bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva "TƏBİB məsləhəti"ndə deyib.

 

Onun sözlərinə görə, vaksin uzun illərdir istifadə edilir və təhlükəsizdir: “İki dəfə vurulur. Birinci dozadan 6 və ya 12 ay sonra ikinci doza vurulur. Azərbaycanda Hepatit A virusunun vaksini 1 və 6 yaşadək uşaqların cədvəlində deyil. Yəni mütləq deyil, ehtiyac olsa, bu zaman vaksindən istifadə edə bilər. Hepatit A xəstəsi ilə təmasda olan şəxsə ən azı iki həftəlik müddətdə vaksin vurulmalıdır".

 

TƏBİB rəsmisi əlavə edib ki, bu, xəstəliyin ağır keçməsinin qarşısını ala bilər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama