Modern.az

Məcnun Məmmədov Ağsuda vətəndaşları qəbul edib - FOTO

Məcnun Məmmədov Ağsuda vətəndaşları qəbul edib - FOTO

Aktual

24 Noyabr 2023, 14:36

Bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Ağsuda bu rayondan, eləcə də Ağdam, Goranboy, Göyçay, Xocavənd, Qobustan, Lənkəran, Saatlı, Şamaxı, Şəki, Tərtər və digər rayonlardan, həmçinin Bakı və Gəncə şəhərlərindən olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

 

Bu barədə Modern.az-a nazirlikdən bildirilib.

 

Məlumata görə, qurumun idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən fermerlərə subsidiya, güzəştli şərtlərlə kreditlərin verilməsi, təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin edilmə, sığorta hadisəsi zamanı dəymiş ziyanın ödənilməsi, texnika ilə təminat, torpaq sahəsinin ayrılması və digər məsələlərlə bağlı olub.

 

Nazir qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerində həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama