Modern.az

Azərbaycan millisinin oyunlarını idarə edəcək hakimlər açıqlandı

Azərbaycan millisinin oyunlarını idarə edəcək hakimlər açıqlandı

Aktual

24 Noyabr 2023, 16:04

Qadın futbolçulardan ibarət Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Kipr və Farer adaları seçmələrinə qarşı keçirəcəyi oyunlara hakim təyinatları açıqlanıb.

 

Modern.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 1-də “Limassol” stadionunda Kiprlə oynanılacaq matçı Belçikadan, dekabrın 5-də “Dalğa Arena”da Farer adalarına qarşı təşkil olunacaq qarşılaşmanı isə İsveçdən olan hakimlər briqadası idarə edəcək.

 

1 dekabr

21:00. Kipr – Azərbaycan

Baş hakim: Karoline Lanssens

Yan xətt hakimləri: İrmqard Van Meirvenne, Marqot Yakobs

Dördüncü hakim: Yana Van Lare

 

5 dekabr

19:00. Azərbaycan – Farer adaları

Baş hakim: Lovisa Yohansson

Yan xətt hakimləri: Kamilla Stendal, Jilan Taher

Dördüncü hakim: Maral Mirzai Beni

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama