Modern.az

Ov tüfəngləri polisə təhvil verildi 

Ov tüfəngləri polisə təhvil verildi 

25 Noyabr 2023, 20:22

Masallı sakinləri qanunsuz saxladıqları odlu silahları polisə təhvil veriblər.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

 

Keçirilən növbəti tədbir zamanı iki nəfər rayon sakini müvafiq sənədləri olmadan saxladıqları ov tüfənglərini polis əməkdaşlarına könüllü olaraq təhvil verib. 

 

Bu istiqamətdə tədbirlər davam edtirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama