Modern.az

SPECA Cənubi Qafqazla Mərkəzi Asiya arasında bir körpüdür

SPECA Cənubi Qafqazla Mərkəzi Asiya arasında bir körpüdür

25 Noyabr 2023, 20:39

«Azərbaycan beynəlxalq məkanda təşəbbüsləri reallığa çevirən ölkə kimi tanınır. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər həm mahiyyət, həm də müzakirə olunan mövzuların aktuallığı baxımından hər zaman diqqətdə olur. Azərbaycanın Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı – SPECA həftəsinə ev sahibliyi etməsi qlobal müstəvidə qələbəsi hesab edilməlidir. Tranzit qovşağı qismində çıxış edən Azərbaycan son otuz il ərzində region ölkələri üçün yeni imkanlar yaradıb. Noyabrın 24-də Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə çıxış edən dövlət başçımız bildirdi ki, bu günlərdə BMT Baş Assambleyasında SPECA-nın 25 illiyi ilə əlaqədar qəbul edilmiş qətnaməni alqışlayırıq. BMT-nin himayəsi altında SPECA Etimad Fondu təsis edilmişdir. Azərbaycan Etimad Fonduna 3,5 milyon ABŞ dolları ayıracaq.»

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.

 

K.Bayramov qeyd edib ki, Mərkəzi Asiya və Cənubi Qafqaz dünyanın enerji təhlükəsizliyi üçün ən dayanıqlı və ən perspektivli lokasiya hesab edilir. İstər ənənəvi karbohidrogen ehtiyatları, istər uran ehtiyatları, istər alternativ enerji mənbələri baxımından, habelə, Şərqlə Qərb arasında kommunikasiya, təhlükəsiz ticari və nəqliyyat imkanları baxımından proqrama üzv dövlətlər, Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın ayrı-ayrılıqda önəm və çəkiləri getdikcə artmaqdadır.

 

K.Bayramov vurğulayıb ki, Körfəz Əməkdaşlıq Şurasının SPECA-nın Zirvə görüşündə müzakirə olunan məsələlər təkcə bizim regionumuz üçün deyil, dünya ölkələri üçün də mühüm əhəmiyyət kəsb edir”. Regional tərəfdaşlarla əməkdaşlıq edən SPECA üzv dövlətləri enerji mənbələrinin və enerji resurslarının dünya bazarlarına tədarük marşrutlarının şaxələndirilməsində fəal iştirak edir. Eyni zamanda, bu dövlətlər bərpa olunan enerji mənbələri sahəsində imkanların artırılmasına yönəlmiş iri layihələrə inteqrasiya üçün infrastruktur yaradırlar. Zirvə görüşündə çıxış edən dövlət başçımız bildirdi ki, bu il BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümüdür. Hazırda Azərbaycan SPECA-ya sədrlik edir. İyirmi beş il ərzində ölkələrimiz arasında hərtərəfli əlaqələr uğurla inkişaf edib, ancaq SPECA-ya üzv dövlətlərin Zirvə görüşü ilk dəfə keçirilir. Zirvə görüşünün keçirilməsi ilə əlaqədar Azərbaycanın təşəbbüsünə dəstək verdikləri üçün Mərkəzi Asiya ölkələrinin rəhbərlərinə təşəkkürümü bildirirəm: « Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edir. Mənim dəvətimlə bu gün Zirvə görüşündə Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi fəxri qonaqlar qismində iştirak edirlər. Əminəm ki, bu tərkibdə keçirilən Zirvə görüşü daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacaq.

 

SPECA yarananda üzv ölkələr dövlət müstəqilliyinin ilk addımlarını atırdılar. Qarşımızda bir çox problemlər, çağırışlar durmuşdu. Son 25 ildə əsas çağırışlar arxada qalıb, biz dövlət suverenliyimizi möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilmiş və iqtisadi cəhətdən sürətlə inkişaf etmişik. Ölkələrimizi birləşdirən daha bir amil var, o da siyasi sabitlikdir. Sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. Bizim ölkələrimizdə isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur.»

 

Deputat diqqətə çatdırıb ki, Azərbaycan ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyini açıq şəkildə ifadə etsə də bəzi dövlətlər ölkəmizə qarşı ikili standartlardan çıxış edirlər. Bu əsasən ölkəmizin Vətən müharibəsində Qələbəsi və antiterror təbirləri ilə isə separatizmə son qoymasından sonra daha da aktivləşib. ABŞ, Fransa, Kanada kimi ermənipərəst dövlətlər Azərbaycanın yaratdığı yeni reallıqları görməzdən gələrək qeyri-hüquqi və ədalətsiz mövqe nümayiş etdirirlər. Ancaq unudurlar ki, Azərbaycan Prezidenti İlham Əliyev elə geosiyasi konfiqurasiya formalaşdırıb ki, ölkəmizlə qlobal və regional müstəvidə qarşı-qarşıya gəlmək, həmin dövlət və subyektlərin özlərinin maraqlarına ziddir. Zirvə görüşündə dövlət başçımızın qeyd etdiyi kimi, dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Onlardan biri Azərbaycanın qonşusu Ermənistandır. Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir. SPECA-ya üzv dövlətlər isə əsl müstəqil ölkələrdir, çünki müstəqil xarici və daxili siyasət aparırlar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi