Modern.az

Nənə və nəvə dəm qazından zəhərləndi 

Nənə və nəvə dəm qazından zəhərləndi 

26 Noyabr 2023, 19:12

Daşkəsən rayonunda zəhərlənmə faktı qeydə alınıb.

 

Modern.az xəbər verir ki, rayonun Yuxarı Daşkəsən qəsəbəsində yaşayan 1942-ci il təvəllüdlü Gila Səttarova və nəvəsi 2006-cı il təvəllüdlü Nərmin Səttarova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara dərhal tibbi yardım göstərilib, hazırda vəziyyətlərinin kafi olduğu bildirilir.

 

Məlumata görə, nənə və nəvənin yaşadıqları evin hamamında dəm qazından zəhərləniblər.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama