Modern.az

Məktəbdəki insidentlə bağlı daha bir AÇIQLAMA

Məktəbdəki insidentlə bağlı daha bir AÇIQLAMA

26 Noyabr 2023, 23:36

Paytaxtın Sabunçu rayonunda 90 saylı tam orta məktəb şagirdinin göz nahiyəsindən xəsarət alması ilə bağlı polisə daxil olan məlumat araşdırılıb.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a bildirilib ki, araşdırmalarla şagirdin göz nahiyəsində xəsarət faktında qəsd müəyyən olunmayıb. Müəyyən edilib ki, hadisə məktəbin akt zalında digər şagirdin ona dəyməsi nəticəsində baş verib.

 

Bütün sorğular və aparılan araşdırmalarla məktəblinin hansısa formada qəsdə məruz qalması ilə bağlı iddialar təsdiqini tapmayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama