Modern.az

Bakıda müdafiə nazirlərinin görüşü keçiriləcək

Bakıda müdafiə nazirlərinin görüşü keçiriləcək

27 Noyabr 2023, 10:08

Bu gün Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək.

 

Modern.az xəbər verir ki, toplantıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun, Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin və Gürcüstanın müdafiə naziri Cuanşer Burculadzenin iştirakı gözlənilir.

 

Y.Gülər artıq Bakıdadır.

 

Müdafiə nazirləri üç ölkə arasında hərbi və müdafiə sahəsində əməkdaşlığın inkişaf prespektivlərini, birgə təlimlərin keçirilməsini və digər məsələləri müzakirə edəcəklər.

 

Xatırladaq ki, bu formatda sonuncu görüş bu ilin fevral ayında Türkiyənin Qars şəhərində keçirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama