Modern.az

Havada tozun miqdarı artıqdır

Havada tozun miqdarı artıqdır

27 Noyabr 2023, 11:06

Gecə saatlarından başlayaraq şimal-qərb istiqamətli küləyin təsiri nəticəsində Bakı şəhəri və Abşeron yarımadasında havada toz müşahidə olunur.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Modern.az-a verilən xəbərə görə, atmosfer havasının keyfiyyətinin monitorinqi üzrə fəaliyyət göstərən avtomatik stansiyalardan əldə olunan məlumatların təhlilinə əsasən havada tozun miqdarı 1.5 dəfə normadan yüksək müəyyən edilib.

 

Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar lokal xarakterlidir və gün ərzində davam edəcəyi gözlənilir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama