Modern.az

Ermənilər Monte Melkonyanın ölümünü “milli faciə” sayır

Ermənilər Monte Melkonyanın ölümünü “milli faciə” sayır

27 Noyabr 2023, 11:34

Ermənstan mətbuatı Qarabağda məhv edilmiş məşhur terrorçu Monte Melkonyanın ölümünü “milli faciə” adlandırıb.

Modern.az saytının məlumatına görə, Ermənistan KİV-ləri bu günlərdə Melkonyanın 66 illiyi ilə əlaqədar geniş məqalələr dərc edib. Bu məqalələrdə Melkonyan Qarabağ müharibəsi zamanı “Avo” terrorçu dəstəsinə rəhbərlik etmiş Montenin keçdiyi həyat yolundan bəhs olunub.

Həmin yazılarda jurnalistlər Monte Melkonyanın “Qarabağı itirsək, erməni tarixinin son səhifəsini bağlayacağıq” xəbərdarlığını xatırladaraq, bundan nəticə çıxarmadıqlarını təəsüflə ifadə ediblər.


“Onun ölümü milli faciəyə çevrildi”, - deyə Ermənistan KİV-ləri bildirib.

Monte Melkonyan 1993-cü il iyunun 12-də Ağdam yaxınlığındakı Mərzilu kəndində xüsusi əməliyyat zamanı məhv edilib. Terrorçu İrəvandakı Yerablur hərbi panteonunda basdırılıb.

Ermənistan Müdafiə Nazirliyinin hərbi məktəbi onun adını daşıyır. Ermənilərin Vardenis adlandırdığı Basarkeçər rayonunun mərkəzində isə terrorçu Monte Melkonyanın büstü qoyulub.

Xatırladaq ki, Monte Melkonyan 1957-ci ildə ABŞ-ın Kaliforniya ştatının Viseliya şəhərində anadan olub. 70-ci illərin sonlarında Livanda yaradılan “Asala” erməni terror qruplaşmasının sıralarında türk diplomatlara qarşı hücumlar təşkil edib. 1991-ci ildə Qarabağa gələrək qanunsuz hərbi birləşmələrin tərkibində vuruşub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama