Modern.az

Terror təhlükəsi səbəbindən 27 məktəb bağlandı

Terror təhlükəsi səbəbindən 27 məktəb bağlandı

Aktual

27 Noyabr 2023, 12:25

Belçikanın paytaxtı Brüsseldə və Brabant əyalətində 27 məktəb terror təhlükəsi səbəbindən bağlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” Vallon və Brüssel Təhsil İdarəsinə istinadən məlumat verib.

 

Noyabrın 26-da axşam saatlarında bir neçə təhsil müəssisəsinə partlayışla bağlı təhdidlər barədə məlumatlar daxil olub. Ehtiyat tədbiri olaraq noyabrın 27-də bu məktəblərdə dərslərin və şagird qəbulunun dayandırılması qərara alınıb.

 

Səlahiyyətlilər bəzi binaların artıq istehkamçılar tərəfindən yoxlanıldığını bildiriblər.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama