Modern.az

Ermənistanın dövlət borcu bu qədər ARTIB

Ermənistanın dövlət borcu bu qədər ARTIB

Aktual

27 Noyabr 2023, 14:12

2023-cü ilin 9 ayının yekunu üzrə Ermənistanın dövlət borcu 4 trilyon 454 milyard dram təşkil edib.

Modern.az “Hraparak”a istinadən xəbər verir ki, bu barədə noyabrın 27-də parlamentin Maliyyə krediti və büdcə məsələləri daimi komissiyasının iclasında maliyyə nazirinin müavini Vahan Sirunyan bildirib.

İclasda 2023-cü ilin 9 ayı üzrə dövlət büdcəsinin icrasına dair hesabat müzakirə olunub.

Bildirilib ki, dollar ifadəsində Ermənistanın 2023-cü ildə dövlət borcu 9 ay üzrə 6,4 faiz artıb.
 

Onun sözlərinə görə, son illər qısa və ortamüddətli borcların payı da artıb.


Nazir müavini qeyd edib ki, ötən ilin sonu ilə müqayisədə valyuta məzənnəsi mahiyyət etibarı ilə çox dəyişmədiyi üçün dövlət borcunun proporsional artımı olub.
 

“Mərkəzi bankın borcu azalıb, dövlət borcu isə təxminən 7% artıb. Dövlət borcu 4 trilyon 454 milyard dram təşkil edib. Ötən ilin sonundakı 4 trilyon 186,7 milyard dram ilə müqayisədə hökumətin borcu 4 trilyon 244 milyard dram, xarici borcu 2 trilyon 354 milyard dram, daxili borcu 1 trilyon 890 milyard dram təşkil edib”, - deyə nazir müavini bildirib.

O, borcların idarə edilməsi baxımından Ermənistanın müəyyən edilmiş risk standartları daxilində olduğunu vurğulayıb.

Nazir müavini qeyd edib ki, hazırda uzunmüddətli borc öhdəliklərinin ödənilməsi üzrə xüsusi çəkisi 84 faiz, ortamüddətli borc öhdəliklərinin payı 16 faiz, qısamüddətli borc öhdəliklərinin payı 3 faiz təşkil edir.

Mərkəzi Bankın uçot dərəcəsinin azaldılması siyasəti nəticəsində dövlət istiqrazlarının faiz dərəcələri aşağı düşüb.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama