Modern.az

İmtiyazlı şəxslərə 5500 ev verilib - Sahil Babayev

İmtiyazlı şəxslərə 5500 ev verilib - Sahil Babayev

Aktual

27 Noyabr 2023, 16:30

“Postmüharibə dövründə imtiyazlı şəxslərə 5500 ev verilib”.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib. 

 

O qeyd edib ki, şəhid ailələrinə, müharibə əlillərinə verilən evlərin prosesi sürətlə aparılır.

 

"Cari il ərzində də 1500 mənzil və evin verilməsi planlaşdırılır. Düşünürük ki, bu ilin sonuna qədər cari il üzrə hədəfimizi icra edə biləcəyik. Növbəti ildə ali rəhbərliyin müəyyən etdiyi hədəflər əsasında da bu mənzil təminatı proqramı icra olunacaq”,- deyə nazir bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI