Modern.az

İpoteka krediti ilə mənzil alanlara niyə ev verilmir?

İpoteka krediti ilə mənzil alanlara niyə ev verilmir?

Aktual

27 Noyabr 2023, 16:40

“İmtiyazlı şəxslərə mənzil təqdim edilməsi onların növbəliliyi prinsipinə əsaslanır”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ipoteka krediti ilə mənzil əldə edən şəxslərə dövlətin ev verməməsi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.


“Bu proses yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Qanunvericiliyin tələbi də ondan ibarətdir ki, hər hansı imtiyazlı şəxs mənzil uçotuna götürüldükdə mülkiyyət mənzil sahəsi nəzərə alınmalıdır. Sahə normativdən aşağıdırsa, çatışmayan hissə qədər mənzil sahəsi nəzərə alınıb. Bu günə qədər 14 150 mənzil verə bilmişik. Ancaq I və II Qarabağ müharibəsi şəhid və əlillərini nəzərə aldıqda bu rəqəm verilən mənzil sayından qat-qat çoxdur. Belə tələbin Mənzil Məcəlləsindən çıxarılması ehtiyacı daha yüksək olanlar gözləyə-gözləyə digər kontingentə 2-ci və ya 3-cü evin verilməsi ilə nəticələnə bilər”,- deyə nazir bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI