Modern.az

Azərbaycan - Özbəkistan QHT-lərinin panel müzakirələri 

Azərbaycan - Özbəkistan QHT-lərinin panel müzakirələri 

Aktual

27 Noyabr 2023, 19:52

Azərbaycan-Özbəkistan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunun “İmkanlar və perspektivlər” mövzusunda panel müzakirələri  keçirilib.

Modern.az xəbər verir ki, panel müzakirələrində Özbəkistan Respublikasının Ali Məclisi yanında qeyri-hökumət qeyri-kommersiya təşkilatlarına və digər vətəndaş cəmiyyəti institutlarına dəstək ictimai fondunun direktoru Xusanov Otabek Nişonoviç, Demokratik Proseslərin Təhlili Mərkəzinin direktoru Pərdayev Azamat Kenzhaboeviç, “Yüksəliş” Milli Hərəkatının sədri Bekmurodov Bobur Mansuroviç, Qadın və Qızlar Birliyinin sədri Mirodilova Nəsibə Kodladı, Özbəkistan Könüllülər Birliyinin rəhbəri Abidova Şirin Rəhimjanovna, Özbəkistan Əlillər Cəmiyyətinin rəhbəri Abdullayev Kamil Kadamoviç fəaliyyət sahələrinə dair təqdimatlar ediblər. 


Panel müzakirələrinin sonunda sual-cavab sessiyası keçirilib.


Panelin moderatoru Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənov olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi