Modern.az

Şimal rayonlarında 14 santimetrdən çox qar yağıb

Şimal rayonlarında 14 santimetrdən çox qar yağıb

28 Noyabr 2023, 09:16

Noyabrın 27-dən başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb.

 

Modern.az xəbər verir ki, Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildiriblər ki, ən çox qar Qubanın Qırız və Xınalıq kəndlərinə yağıb. Burada qarın hündürlüyü 14 santimetrə çatır. Region üzrə ən aşağı temperatur (-8,6) Qudyalçay – Xınalıq məntəqəsində qeydə alınıb.

 

Xızı rayonun Altıağac qəsəbəsində qarın hündürlüyü 13, Qusarın Ləzə kəndində isə 12 sm-dir.

 

Quba və Qusarın rayon mərkəzlərində qar qeydə alınmayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama