Rusiya prezidentinin ofisi dünən bəyan edib ki, Ermənistanın baş nazir Nikol Paşinyan Minsk görüşündən fərqli olaraq, postsovet ölkələri liderlərinin ilin sonunda keçiriləcək görüşlərində iştirak edəcək.
"Biz İrəvandan siqnal aldıq ki, baş nazir dekabrın sonunda Sankt-Peterburqa gələrək, MDB başçılarının qeyri-rəsmi görüşün və Vrasiya İqtisadi İttifaqının rəsmi sammitində iştirak edəcək", - Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Maraqlıdır, son vaxtlar anti-Rusiya xətti götürən və və Moskvanın himayəsində olan formatları rədd edən Nikol Paşinyan Sankt-Peterburqa getməyə razılaşıb.
Xatırladaq Nikol Paşinyan ötən ay da MDB sammitində iştirak etmək üçün Bişkekə getməyib. Ermənistanın digər yüksək vəzifəli şəxsləri də KTMT və MDB-nin sessiyalarını boykot ediblər.
Ermənistan-Rusiya münasibətlərində nəsə dəyişdimi, Paşinyan niyə bu dəfə Rusiya formatlı tədbirlərdə iştirak etmək qərarına gəlib?
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşilatından (KTMT) əsas incikliyi onunla bağlıdır ki, bu qurum 2022-ci ilin sentyabrında Azərbaycanla sərhəddə baş vermiş döyüşlərdə İərvana kömək etməyib.
Nəticədə KTMT-dən küsən rəsmi İrəvan onun toplantılarını boykot edib.
Qeyd edək ki, KTMT-nin son sessiyası zamanı Belarus prezidenti Lukaşenko Ermənistanı demarş etməməyə, KTMT-dəki fəaliyyətinə yenidən baxmağa çağırıb.
Modern.az xəbər verir ki, keçmiş deputat, politoloq Arman Abovyan deyib ki, Ermənistan-KTMT münasibətlərindəki “istiləşmədən” danışmaq hələ tezdir
Abovyanın fikrincə, rəsmi İrəvanın KTMT ilə bağlı atdığı addımlar hakimiyyətin taktikası və qərarı deyil, onu idarə edən Qərbindir.
“Bu, sınanmış taktikadır: kənar oyunçuların tələbi ilə qəsdən münasibətləri korlamaq, sonra bir nöqtəyə gəlmək, təzyiqi bir az azaltmaq... Ona görə də mövqedə heç bir dəyişiklik olmayıb, doktrinal olaraq bizdə elə bir vəziyyət yaranıb ki, Ermənistan hakimiyyəti Rusiya ilə qarşıdurma yolunu seçib. Bu kontestdə Paşinyanın qarşıda gözlənilən Sankt-Peterburq görüşünə getməsinə və gərginliyə diqqət yetirilməlidir. Bir tərəfdən bəyanatlar bir qədər yumşaldılır, digər tərəfdən praktiki olaraq gərginliyi azaldacaq addımlar atılmır. Bir neçə gün əvvəl Almaniyanın Xarici Kəşfiyyat İdarəsinin rəhbəri Bruno Kal Ermənistanda ən yüksək səviyyədə qəbul olundu. Buna demarş deməyəcəyəm, amma prioritetlər baxımından Rusiya üçün ciddi hadisə oldu”.
Abovyanın fikrincə, əgər Ermənistan həqiqətən də Ermənistan-Rusiya münasibətlərinin bərpasının tərəfdarıdırsa, heç olmasa Rusiya platformalarında danışıqlardan yayınmamalıdır.