Modern.az

Baş prokuror Sumqayıtda vətəndaşları qəbul edəcək

Baş prokuror Sumqayıtda vətəndaşları qəbul edəcək

28 Noyabr 2023, 10:32

Baş prokuror Kamran Əliyev dekabrın 5-də Sumqayıtda vətəndaşları qəbul edəcək.

 

Bu barədə Modern.az-a Baş Prokurorluqdan məlumat verilib.

 

K.Əliyev Sumqayıt şəhər prokurorluğunun inzibati binasında Sumqayıt şəhər və Qubadlı rayon sakinlərinin qəbulunu keçirəcək.

 

Vətəndaşların qəbulla bağlı qeydiyyatı aidiyyəti prokurorluqlar tərəfindən həyata keçiriləcək.

 

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama