Modern.az

Göygöl, Şahdağ və Altıağac Milli Parklarına qar yağıb

Göygöl, Şahdağ və Altıağac Milli Parklarına qar yağıb

28 Noyabr 2023, 15:04

Payız getdikcə öz yerini qışa verir. Payız xəzanında yarpağını tökmüş ağaclar bir anda ağ rəngə boyanıb. Üzərlərinə "ağ örpək" çəkilmiş ağaclar sanki ilk qarın müjdəçilərinə çevriliblər.

 

Milli parklar hər fəsildə özünəməxsus gözəllikləri ilə insanı valeh edir.

 

Modern.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi qar yağan parkların görüntülərini təqdim edib və hər kəsi həmin gözəlliklərdən zövq almağa çağırır.

 

Azərbaycanda 116 ekoloji turizm marşrutunu əhatə edən 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı var. Ekosisteminə görə bir-birindən fərqli təbiət abidələri sayılan milli parklar Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng landşaft komplekslərini özündə birləşdirir.

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə! Prezident Xocalılarla görüşdü Duyğulu anlar yaşandı