Modern.az

Rusiyada prezident seçkiləri bu tarixdə ELAN EDİLƏCƏK

Rusiyada prezident seçkiləri bu tarixdə ELAN EDİLƏCƏK

28 Noyabr 2023, 16:12

Rusiya Federasiyası Federal Şurası dekabrın 13-nə təyin edilmiş sessiyada gələn ilin martında keçiriləcək prezident seçkilərini elan edəcək.


Modern.az xəbər verir ki, bunu Rusiya Federasiyası Kommunist Partiyasının lideri Gennadi Züqanov yerli KİV-ə bildirib.

 

“Məndə olan məlumata görə, Federal Şura dekabrın 13-də prezident seçkiləri kampaniyasına başlandığını rəsmən elan edəcək”, - o, jurnalistlərə bildirib.

 

Seçki qanunvericiliyinə görə, Rusiya Federasiyasında prezident seçkiləri 2024-cü ilin mart ayının ortalarında keçirilməlidir.

 

Federal Şuranın seçki tarixi ilə bağlı yekun qərarı 2023-cü ilin dekabrında verəcəyi gözlənilir, bundan sonra siyasi partiyalar seçkiqabağı qurultaylarını keçirməli və namizədlərini rəsmən irəli sürməlidirlər.

 

Məlumdur ki, hakim “Vahid Rusiya” dekabrın 17-də, Rusiya Kommunist Partiyası isə dekabrın 23-də qurultayını keçirəcək.

 

“Həqiqət üçün ədalətli Rusiya” partiyası bundan əvvəl Rusiya Federasiyasının hazırkı prezidenti Vladimir Putinin seçkilərdə iştirak edəcəyi təqdirdə onu dəstəkləmək niyyətində olduğunu bəyan edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Növbəti təxribat-Ermənilər atəş açdı, Ordumuz cavab vermədi