Modern.az

“Ermənistan üçün daha Qarabağ məsələsi yoxdur!” - Erməni spiker

“Ermənistan üçün daha Qarabağ məsələsi yoxdur!” - Erməni spiker

28 Noyabr 2023, 17:20

Ermənistan Qarabağda daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır.

 

Modern.az xəbər verir ki, bunu noyabrın 28-də jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədri   sədri Alen Simonyan bildirib.

 

O, həmçinin bildirib ki, artıq Ermənistan Respublikası üçün “Dağlıq Qarabağ məsələsi” mövcud deyil.

 

“Artsax məsələsinin həll olunması nə deməkdir? Artsax məsələsinin həlli və ya qeyri-həlli yolu nədir? İndi Ermənistan Respublikasının belə bir sualı yoxdur”, - Simonyan bildirib.

 

Onun sözlərinə görə, bu gün Ermənistan üçün əsas məsələ Azərbaycanla sülh müqaviləsinin imzalanmasıdır.

 

Xatırladaq ki, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan mayın 22-də keçirdiyi mətbuat konfransında deyib: “Ermənistan Dağlıq Qarabağ da daxil olmaqla 86,6 min kvadrat kilometr ərazisi olan Azərbaycanın ərazi bütövlüyünü tanıyır”.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Anbaan görüntülər: Kamil Zeynallı belə azadlığa buraxıldı