Modern.az

Paşinyan Putinin iclasına gedəcək? - Mətbuat katibi belə CAVAB VERDİ

Paşinyan Putinin iclasına gedəcək? - Mətbuat katibi belə CAVAB VERDİ

28 Noyabr 2023, 18:00

"Hazırda mən bu xəbəri heç bir şəkildə şərh etməyəcəyəm".

Modern.az xəbər verir ki, bunu Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan Ermənistan baş nazirinin MDB ölkələri liderlərinin dekabrda keçirləcək qeyri-rəsmi ənənəvi görüşündə iştirak edib-etməyəcəyi barədə suala cavabında bildirib.

O, Paşinyanın  Sankt-Peterburqakı görüşdə iştirakını nə inkar edib, nə də təsdiqləyib.

“Ermənistan hökuməti hər zaman baş nazirin səfərləri ilə bağlı rəsmi məlumat verir, o getsə, mütləq məlumat verəcəyik, getməsə, yox”.

Qeyd edək ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Moskva İrəvandan Paşinyanın MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşündə iştirak etmək üçün dekabrın sonunda Sankt-Peterburqa gedəcəyi barədə siqnal alıb.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi