Modern.az

Heydər Əliyevin türkiyəli dostu vəfat etdi - FOTO

Heydər Əliyevin türkiyəli dostu vəfat etdi - FOTO

Aktual

28 Noyabr 2023, 20:51

Azərbaycanın mərhum dövlət baçısı Heydər Əliyevin yaxın dostlarından olmuş Yıldırım Turan Türkiyədə uzun sürən xəstəlikdən sonra vəfat edib.

Bu barədə Modern.az-a “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

“Onun vəfat xəbəri İğdırda, Aralıq rayonunda böyük üzüntü ilə qarşılanıb. Yıldırım Turan 20 ilə yaxın İğdırın Aralıq rayonu bələdiyyəsinə rəhbərlik edib. Azərbaycanı sevən şəxslərdən idi. 90-cı illərdə - Azərbaycanın ən çətin vaxtlarında ölkəmizin yanında olan siyasətçilərdən olub. 20 Yanvar hadisələri zamanı Türkiyəni ayağa qaldıranlardan idi. İğdırda minlərlə insanın iştirakı ilə keçirilən etiraz mitinqlərində fəal iştirak edib və əsas təşkilatçılardan sayılırdı”.

E.Eltürk bildirib ki, Yıldırım Turanın Heydər Əliyevlə yaxın münasibətləri olub.

“Onun Ulu öndər Heydər Əliyevlə dostluqları olub. Naxçıvan Ali Məclisinə sədr seçiləndən sonra onunla sıx təmas qurub və Heydər Əliyevi dəfələrlə Naxçıvanda ziyarət edib. Naxçıvanın blokadadan çıxması üçün əlindən gələni edib. Heydər Əliyev Aralıq rayonunu ziyarət edərkən onu yaxından müşayiət edib”.


 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə! Prezident Xocalılarla görüşdü Duyğulu anlar yaşandı