Modern.az

QİÇS 2030-cu ilə qədər məhv ola bilər - BMT-dən ÇAĞIRIŞ

QİÇS 2030-cu ilə qədər məhv ola bilər - BMT-dən ÇAĞIRIŞ

28 Noyabr 2023, 21:09

BMT-nin hesablamalarına görə, 2030-cu ilə qədər dünya QİÇŞ-dən (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) tamamilə xilas ola bilər.

 

Modern.az xəbər verir ki, bu barədə BMT-nin İİV/QİÇS üzrə Birgə Proqramının (UNAIDS) Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş “İcmalara Liderlik!” adlı hesabatında deyilir.

 

Hesabat müəllifləri qeyd edir ki, bu, yerli icmaların hökumətlərdən və donorlardan lazım olan bütün dəstəyi alması ilə mümkündür.

 

Hesabatın müəlliflərinin fikrincə, QİÇŞ-lə mübarizənin xərcləri azdır. İctimai kampaniyalar sayəsində ümumi İİV dərmanlarına çıxışı asanlaşdırmaq mümkün olub.

 

Belə ki, indi bir xəstəyə düşən terapiyanın orta dəyəri bir çox ölkələrdə ildə 70 dollardır, halbuki, bu rəqəm 1995-ci ildə 25 min dollar olub.

 

Hesabatdan xatırladılır ki, dünyada hər dəqiqə QİÇS-dən bir nəfər ölür, hər həftə 4000 qız və gənc qadın İİV-ə yoluxur və İİV-lə yaşayan 39 milyon insandan 9,2 milyonu müalicə ala bilmir.

 

Təşkilat yerli icmaları maliyyə ilə tam təmin etməyə və fəaliyyətlərinə mane olmamağa çağırır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi