Modern.az

Zəngilanda top mərmiləri aşkarlandı

Zəngilanda top mərmiləri aşkarlandı

Aktual

29 Noyabr 2023, 09:18

Zəngilan rayonunda top mərmiləri aşkar edilib.

 

Bu barədə Modern.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Sarıqışlaq kəndi ərazisində 3 müxtəlif çaplı top mərmisi və 3 barıt atımı aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama