Modern.az

“Ruslar məni də zəhərlərdilər!” - Saakaşvili

“Ruslar məni də zəhərlərdilər!” - Saakaşvili

Aktual

29 Noyabr 2023, 09:20

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanovun həyat yoldaşının zəhərlənməsi ilə bağlı məlumatı şərh edərkən “Məni də zəhərlədilər” deyib.

Modern.az-ın məlumatına görə, M.Saakaşvili bildirib:

“Bu, rusların tipik üslubudur. Mən həbsxanada zəhərləndim, alman və amerikan laboratoriyaları bədənimdə ağır metalların olduğunu təsdiqlədi”.

Ötən gün bir sıra Ukrayna mənbələri ölkə hərbi kəşfiyyatının rəhbəri Kirill Budanovun həyat yoldaşı Mariananın zəhərlənməsi və onun orqanizmində ağır metalların olması barədə məlumat yayıb. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəsmi nümayəndəsi Andrey Yusov “bu məlumatı rəsmən təsdiqləyib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama