Modern.az

ABŞ Azərbaycana qarşı “etnik təmizləmə” kartını oynayır - İrlandiyadan REAKSİYA

ABŞ Azərbaycana qarşı “etnik təmizləmə” kartını oynayır - İrlandiyadan REAKSİYA

Aktual

2 Dekabr 2023, 12:00

Noyabrın 27-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Dövlət başçısı ABŞ tərəfindən Azərbaycanla bağlı son bəyanatlar və atılan addımların Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərər vurduğunu bildirib.

 

İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın ölkəmizlə bağlı səsləndirdiyi fikirlərin qərəzli olduğunu, həqiqəti əks etdirmədiyini və Azərbaycan tərəfindən rədd edildiyini diqqətə çatdırıb.

 

Dövlət katibi Blinken münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ Dövlət katibinin köməkçisi Ceyms O`Braynın Azərbaycana səfərinə icazə verilməsini xahiş edib. Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi Blinken bunu qəbul edib.

 
Qarabağdakı antiterror tədbirlərindən sonra Azərbaycana qarşı ritorikanı sərtləşdirən, hətta bəzi sanksiyalara əl atmağa cəhd edən Qərb öz şərtlərini diqtə etməyə çalışmaqla Bakının geri çəkiləcəyini güman etsə də, əksini gördü..

 

İrlandiyalı tarixçi, ekspert Patrik Uolş Modern.az-a bildirib ki, ABŞ fikir müstəqilliyi nümayiş etdirən dövlətlərə dəstək olmaqdansa, xalqlara diktə etməyə üstünlük verir:

 

“Sentyabrın 19-da 24 saatlıq hərbi əməliyyatda Azərbaycan ərazisinin tam azad edilməsi və beynəlxalq hüququn tam şəkildə həyata keçirilməsi bəzi ölkələri naarahat etməyə başlamışdı. Belə ki, ilk olaraq, ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayen noyabrın 15-də Vaşinqtonla Bakı arasında normal münasibətlərin dayandırıldığını elan edib. Daha sonra ABŞ Senatı Azərbaycana hər cür hərbi yardımı qadağan edən “Ermənistanı Müdafiə Aktını” qəbul edib, fransızlar isə Rusiyanı əvəz edərək Ermənistan ordusunu yenidən qurmaq üçün əhəmiyyətli silah müqaviləsi bağladılar.

Bəzi erməni mənbələri iddia edir ki, Antoni Blinken antiterror əməliyyatından bir qədər əvvəl telefon danışığında prezident Əliyevə Qarabağın işğaldan azad edilməsini başa çatdırmamaq barədə xəbərdarlıq edib. Lakin əməliyyat baş tutub. ABŞ fikir müstəqilliyi nümayiş etdirən dövlətlərə dəstək olmaqdansa, xalqlara diktə etməyə üstünlük verir".

 

O qeyd edib ki, Vaşinqton Azərbaycan hökumətinin beynəlxalq hüquq əsasında fəaliyyətindən şikayət edə bilməyib, ona görə də Azərbaycana qarşı “etnik təmizləmə” kartını oynamaq qərarına gəlib.

 

"Vaşinqtonun Samanta Paueri göndərdi. Buna cavab olaraq Bakı ABŞ rəsmiləri ilə planlaşdırılan görüşləri ləğv etdi və ABŞ-ın Bakıdakı təxribatçı agentlərini sıxışdırmağa başladı. Bu, müstəqil bir dövlətin hədə-qorxuya normal diplomatik reaksiyasıdır, lakin bir çox dövlətlər, xüsusən də Qərbdə ABŞ-ın gücü ilə qorxudulduğu üçün ABŞ bunu adətən qəbul etmir. Mənim fikrimcə, Vaşinqton dünyada gücünü itirir. X!üsusən də bu məsələdə irrasional davranır. Mən bunu yalnız ABŞ-ın indi rusları məğlub edə bilməyəcəyi Ukraynada və ABŞ-ın İsrailin hərəkətlərinə dəstəyinin Vaşinqtonun dünyada təsirini zəiflədən Qəzzada üzləşdiyi fəlakətli vəziyyətlərə izah edə bilərəm”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi