Modern.az

Biləcəri çeşidləmə təpəsi 60 il sonra yenidən qurulur - VİDEO 

Biləcəri çeşidləmə təpəsi 60 il sonra yenidən qurulur - VİDEO 

Aktual

29 Noyabr 2023, 12:26

Əməliyyatların səmərəliliyi və təhlükəsizliyinə xüsusi önəm verən “Azərbaycan Dəmir Yolları” QSC (ADY) həyata keçirdiyi xidmətləri vaxtaşırı olaraq təkmilləşdirir.

 

Modern.az xəbər verir ki, təhlükəsiz, etibarlı və dayanıqlı yükdaşıma fəaliyyətinin təşkili üçün 1960-cı illərdə qurulmuş və istismar müddəti bitmiş Biləcəri çeşidləmə təpəsində qatarların təhlükəsiz hərəkətini tam təmin etmək məqsədilə əsaslı təmirə başlanılıb.

 

Yenidənqurma işləri çərçivəsində 4 km-ə yaxın yol yenidən qoyulacaq, torpaq yatağı təkrar işlənəcək, kommunikasiya qurğuları müasirləşdiriləcək.

 

Yükdaşımaların fasiləsizliyini təmin etmək üçün tikinti işləri mərhələli şəkildə aparılır və qarşıya qoyulmuş planın aprel ayına qədər həyata keçirilməsi nəzərdə tutulub.

 

Qeyd edək ki, Azərbaycana daxil olan tranzit yüklər istisna olmaqla bütün vaqonların çeşidləndiyi Biləcəri çeşidləmə təpəsi ADY-nin mühüm strateji obyektlərindən biridir.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi