Modern.az

Qubada qanunsuz kömür quyusu aşkarlandı

Qubada qanunsuz kömür quyusu aşkarlandı

Aktual

29 Noyabr 2023, 14:12

Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin, eləcə də Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə birgə keçirilən növbəti nəzarət tədbirləri zamanı qanunsuz yolla istismar edilən kömür quyusu aşkarlanıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, qanunsuz kömür istehsal edənin rayonun Girdah kənd sakini Nizami Şükürov olduğu müəyyən edilib.

 

Faktla bağlı protokol tərtib olunub, təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb və aşkar olunan kömür quyusu ləğv olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama