Modern.az

Rəsul Quliyevə ağır itki üz verdi

Rəsul Quliyevə ağır itki üz verdi

1 Dekabr 2023, 13:08

Milli Məclisin sabiq sədri Rəsul Quliyevə ağır itki üz verib.

Modern.az xəbər verir ki, eks-spiker özü bu barədə məlumat yayıb.

O, bacısı oğlunun vəfatından kədərləndiyini bildirib və onunla bağlı xatirələrini sosial şəbəkə hesabında paylaşıb:

"Mənə bacımoğlu Baxşəlinin vəfatı xəbəri çatdı. Kəndimizdə orta məktəb olmadığından biz onunla 2 il 12 km aralıdakı başqa kənddə oxumuşuq. Yataqxanada da bir otaqda qalırdıq. Onunla 2 il pendir-çörək və çaşır adlı bir dağ bitkisinin turşusunu yeyib yaşamışıq. O, məndən 3 yaş balaca idi. Çox çalışqan insan idi. Uşaqları da çox fərəsətli çıxdı. Allah rəhmət etsin".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama