Modern.az

Solovyovun qızı LGBT-nin müdafiəsinə qalxdı

Solovyovun qızı LGBT-nin müdafiəsinə qalxdı

1 Dekabr 2023, 14:16

Rusiyanın hökumətyönlü teleaparıcısı Vladimir Solovyovun qızı Yekaterina Solovyova Rusiya Ali Məhkəməsinin LGBT icmasını ekstremist təşkilat kimi tanıması qərarına qarşı çıxıb.

Modern.az-ın məlumatına görə, Yekaterina Solovyova bildirib ki, Rusiyanın HƏMAS-ı müdafiə edib LGBT-ni terrorçu kimi tanıması heç bir məntiqə sığmır:

“Biz zərərsiz təşkilatları ekstremist kimi tanıyırıqŞ amma Kremldə Həmas üçün qəbul təşkil edirik”, - o sosial şəbəkədə yazıb.

“Insider” jurnalı qeyd edir ki, Yekaterina Solovyova da Ukraynadakı müharibənin əleyhinə danışır, səfərbərlikdən yayınan rusları müdafiə etməyə çağırır və feminist tamaşalar təşkil edir. Üstəlik, o, Moskvada yaşayır.

​Qeyd edək ki, teleaparıcı Vladimir Solovyov Azərbaycan əleyhinə çıxışları ilə tanınıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama