Modern.az

İstanbulda qanunsuz yaşayan Azərbaycan vətəndaşlarının qəbulu keçiriləcək

İstanbulda qanunsuz yaşayan Azərbaycan vətəndaşlarının qəbulu keçiriləcək

1 Dekabr 2023, 15:20

Azərbaycanın İstanbul şəhərindəki Baş Konsulluğunda orada qeyri-qanuni yaşayan vətəndaşların qəbulu keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan bildirilib.

 

Qeyd olunub ki, qəbul dekabrın 9-dan 20-dək keçiriləcək.

 

Qəbul zamanı pasport, vətəndaşlıq vəziyyəti aktlarının, qeydi şəhadətnamələri (doğum haqqında şəhadətnamə, nikah haqqında şəhadətnamə və s.) digər konsulluq əməliyyatlarının həyata keçirilməsi nəzərdə tutulur.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama