Ermənistanın baş naziri Nikol Paşinyanın qərarı ilə Ara Fidanyan respublikanın Daxili İşlər Nazirliyinin baş katibi təyin edilib.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Respublikası hökumətinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Ara Fidanyan Ermənistan polis rəisinin müavini vəzifəsini tutub.
Xatırladaq ki, 2023-cü il yanvarın 1-dən Ermənistanda Daxili İşlər Nazirliyi yenidən yaradılıb. Onun tərkibinə polis, fövqəladə hallar və miqrasiya xidmətləri daxil edilib.