Rusiya İnsan Hüquqları üzrə Müvəkkilinin ofisi Qarabağdan Ermənistan Respublikasına köçmüş ermənilərə 6 ton humanitar yardım göndərib.
Modern.az xəbər verir ki, humanitar yardıma yataq dəstləri, döşəklər, uşaqlar üçün gigiyena dəstləri, avadanlıq, geyim, makaron, bişmiş ət konservləri daxildir.
“Məncə, bütün bunlar bu ağır vəziyyətə düşən insanlara faydalı olacaq”, - Ombudsman Tatyana Moskalkova İnsan Hüquqları Evində baş tutan yükün göndərilməsi mərasimində bildirib.