Modern.az

Türkiyə səfirindən Azərbaycana TƏŞƏKKÜR

Türkiyə səfirindən Azərbaycana TƏŞƏKKÜR

1 Dekabr 2023, 17:14

Türkiyənin Bakıdakı səfiri Cahit Bağçı Azərbaycana təşəkkür edib.

 

Modern.az xəbər verir ki, o, bu barədə “X”də yazıb.

 

“Ölkəmizdə baş verən dağıdıcı zəlzələ ilə əlaqədər kədərimizi öz kədəri bilən, bizimlə tək ürək olan qardaş Azərbaycana növbəti dəfə təşəkkür edirik. Bu gün Diaspora Dəstək Fondunun təşəbbüsü ilə, “qardaşlarımız üşüməsin” prinsipi ilə hazırlanmış üçüncü yardımı Kahmaramanmaraşa yola saldıq. Komitə rəhbəri Fuad Muradova və komandasına təşəkkür edirik”, - o bildirib.

 

Səfir qeyd edib ki, biz birlikdə güclüyük: “Yaralarımızı birlikdə sarımağa davam edəcəyik”.

 

Xatırladaq ki, bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondu havaların soyuması ilə əlaqədar bu ilin fevralında Türkiyə Respublikasında baş vermiş zəlzələdən zərər çəkmiş şəxslərə dəstək məqsədilə Kahramanmaraş bölgəsinə quru yolu ilə humanitar yardım göndərib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Növbəti təxribat-Ermənilər atəş açdı, Ordumuz cavab vermədi