Modern.az

Sumqayıtda xaos: Taksilər avtobusların hərəkətinə mane olur - VİDEO

Sumqayıtda xaos: Taksilər avtobusların hərəkətinə mane olur - VİDEO

2 Dekabr 2023, 00:43

Sumqayıt şəhərinin 20 Yanvar küçəsində xaotik vəziyyət hökm sürür.

 

Modern.az bildirir ki, bu küçədən istifadə edən 30 saylı marşrut üzrə hərəkət edən avtobusların sürücüləri mövcud vəziyyətin yaranmasında taksi sürücülərini günahlandırırlar. Taksi sürücüləri isə fərqli fikirdədirlər.

 

Onlar avtobusların hərəkətinə mane olmadıqlarını qeyd ediblər.

 

Məsələ ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) şöbəsindən verilən məlumata görə, 20 Yanvar küçəsində nəqliyyatın hərəkəti olduqca intensiv xarakter daşıyır.

 

Bununla bağlı tez-tez həmin ünvanda reydlər və tədbirlər həyata keçirilir.

:

Ətraflı süjetdə:

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama