Modern.az

“Gmail” köhnə hesabları sildi

“Gmail” köhnə hesabları sildi

2 Dekabr 2023, 11:18

Ötən gün “Google” şirkəti “Gmail” elektron poçtunda mövcud olan, lakin iki ildir ki, bir dəfə də olsa istifadə edilməyən hesabları silib.

 

Modern.az-ın xarici mediaya istinadən xəbərinə görə, bununla da 2 ildən artıq müddətdə istifadə olunmayan hesablar silinib.

 

Qeyd edək ki, “Google” bu hesabların silinməməsi üçün istifadəçiləri məlumatlandırmışdı. Şirkətin son bəyanatında da qeyd olunmuşdu ki, iki ildən artıqdır ki istifadə olunmayan hesabların silinməməsi üçün istifadəçilərin sadəcə olaraq bir dəfə “Gmail” üzərindən elektron poçtlarına daxil olması kifayətdir.

 

Xatırladaq ki, cari ilin may ayında “Google” iki ildir ki, istifadə olunmayan elektron poçt hesablarının silinəcəyini elan etmişdi. Şirkət yeni siyasətə əsasən, belə bir addım atacağını bildirmişdi. “Google” bununla rəsmi şəkildə hesabda olan bütün məlumatların, eyni zamanda “Google Drive”a yüklənən fotoların da silinəcəyini bəyan etmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama