Modern.az

Bazar günü 23 dərəcə isti olacaq

Bazar günü 23 dərəcə isti olacaq

Aktual

2 Dekabr 2023, 12:36

Dekabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Gecə və səhər bəzi yerlərdə duman, az çiskin. Mülayim cənub-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 6-9° isti, gündüz 17-22° isti olacaq.

 

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman. Mülayim qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 5-10° isti, gündüz 18-23° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi