Modern.az

Bu, təkcə ailələrin yox, bütün cəmiyyətin problemidir - Kənan Zeynalov

Bu, təkcə ailələrin yox, bütün cəmiyyətin problemidir - Kənan Zeynalov

Aktual

2 Dekabr 2023, 14:12

"2022-2023-cü ilin statistikasına əsasən, müəyyən azalma müşahidə edildilsə də zorakılıq və narkomaniya halları hələ də qalır".

 

Modern.az xəbər verir ki, bu sözləri Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Kənan Zeynalov “Liatris Holding”in təşkilatçılığı, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Aparatının dəstəyi ilə Heydər Əliyevin 100 illiyinə həsr edilən “Qadına şiddətə son” layihəsi çərçivəsində “Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti” adlı tədbirdə deyib.

 

Kənan Zeynalov qeyd edib ki, narkomaniya və zorakılıq təkcə bir ailənin deyil, bütün cəmiyyətin problemidir:

 

"Bu problemlərlə mübarizə aparmaq üçün müəyyən proqramları tərtib etmək və birgə fəaliyyət göstərmək lazımdır. Mübarizə üçün mental sağlamlığı gücləndirmək vacibdir. Bu mübarizəyə bütün təşkilatların və fərdlərin qoşulması yaxşı olar. Cəmiyyətimizi daha təhlükəsiz vəziyyətə gətirmək üçün çalışmalıyıq. Bu fəaliyyətdə vətəndaş-dövlət həmrəyliyini də qorumaq zərurətin var.

 

Baş Prokuroqluq bu mübarizədə əhəmiyyətli rola malikdir. Hər bir həssas şəxsdən xahiş edilir ki, belə bir halla qarşılaşdıqda dövlət qurumlarıma məlumat çatdırılsın. Hər bir şəxsin sosial şəbəkə hesabı, hər bir qurumun da sosial şəbəkə səhifəsi var. Heç bir ağır prosedurdan keçmədən vətəndaşları narahat edən məsələləri aidiyyəti qurumlara çatdıra bilərlər”.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi