Modern.az

Qəbələ sakinlərindən qanunsuz ov tüfəngləri götürüldü

Qəbələ sakinlərindən qanunsuz ov tüfəngləri götürüldü

2 Dekabr 2023, 15:35

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi, mülki silahın daşınması və saxlanılması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə profilaktiki tədbirlər həyata keçirilib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı rayon sakinlərindən müvafiq sənədləri olmayan 3 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

 

Keçirilən digər tədbirlər nəticəsində isə rayon ərazisində mülki ov silahının daşınması qaydalarını pozan 2 nəfər də müəyyən edilib.

 

Aşkar edilən faktlarla bağlı həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhədimiz pozuldu - Saxlanılanlar var - ANBAAN GÖRÜNTÜLƏR