Modern.az

Tehranda məktəblər bağlandı

Tehranda məktəblər bağlandı

Aktual

2 Dekabr 2023, 15:42

İranda havanın çirklənməsi insanların sağlamlığını ciddi təhdid edir. Bu səbəbdən paytaxt Tehranda uşaq bağçaları və məktəblər bağlanılıb.

 

Modern.az Mehr agentliyinə istinadla xəbər verir ki, Tehranın hakimiyyət orqanları uşaqları və qocaları ehtiyac yaranmadığı təqdirdə evdən çıxmamağa çağırıb. Eyni zamanda, şəhərdə yük maşınlarının hərəkətinə müvəqqəti qadağa qoyulub.

 

Paytaxt əhalisi şiddətli başağrılarından, ürəkbulanmadan, öskürəkdən və nəfəs darlığından şikayətlənir.

 

Qeyd edək ki, İranda, xüsusən Tehranda havanın çirklənməsi ciddi problem olaraq qalmaqdadır. Səhiyyə Nazirliyinin məlumatına görə, çirkli hava hər il minlərlə insanın ölümünə səbəb olur. Havanın çirklənməsinin əsas səbəbi paytaxtda milyonlarla avtomobilin olmasıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi