Modern.az

Pakistan bütün məsələlərdə Azərbaycanı dəstəkləyir - Baş nazir

Pakistan bütün məsələlərdə Azərbaycanı dəstəkləyir - Baş nazir

2 Dekabr 2023, 15:56

"Pakistan regionda baş verən bütün məsələlərdə Azərbaycanı dəstəkləyir".

 

Modern.az xəbər verir ki, bunu Pakistan İslam Respublikasının Baş naziri Ənvər-ul-Xak Kakar Dubayda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) deyib.

 

"Pakistanın Azərbaycanla qardaşlıq münasibətləri var. Bizim güclü iqtisadi əlaqələrimiz var, biz müdafiə və strateji əməkdaşlığı inkişaf etdiririk. Müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlıq edirik", - o bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna Rusiya bu şəhərini də vurdu: Əhali panikada