Modern.az

Avtobus sürücüsü narkoman çıxdı - VİDEO

Avtobus sürücüsü narkoman çıxdı - VİDEO

Aktual

2 Dekabr 2023, 16:37

Binəqədi rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı 1989-cu il təvəllüdlü İntiqam İbrahimov tutularaq istintaqa təqdim edilib. Həmin şəxsdən ümumilikdə 25 büküm xüsusi formada qablaşdırılan metamfetamin və marixuana aşkar edilib.

 

Araşdırmalarla müəyyən edilib ki, İ.İbrahimov  narkotik vasitələri istifadə etməklə yanaşı satışı ilə də məşğul olub. O, həmçinin paytaxt ərazisində fəaliyyət göstərən sərnişindaşıma xəttlərinin birində sürücü işləyir və həmin şəxs avtobus idarə edən zaman narkotiklərin təsiri altında olub.

 

Faktlarla bağlı Binəqədi RPİ-də araşdırmalar davam etdirilir. Narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

 

Binəqədi rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı 1989-cu il təvəllüdlü İntiqam İbrahimov tutularaq istintaqa təqdim edilib. Həmin şəxsdən ümumilikdə 25 büküm xüsusi formada qablaşdırılan metamfetamin və marixuana aşkar edilib.

 

Araşdırmalarla müəyyən edilib ki, İ.İbrahimov  narkotik vasitələri istifadə etməklə yanaşı satışı ilə də məşğul olub. O, həmçinin paytaxt ərazisində fəaliyyət göstərən sərnişindaşıma xəttlərinin birində sürücü işləyir və həmin şəxs avtobus idarə edən zaman narkotiklərin təsiri altında olub.

 

Faktlarla bağlı Binəqədi RPİ-də araşdırmalar davam etdirilir. Narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama