Modern.az

Bakı və Sumqayıtda havada tozun miqdarı normadan artıqdır

Bakı və Sumqayıtda havada tozun miqdarı normadan artıqdır

Aktual

2 Dekabr 2023, 17:55

Bakı və Sumqayıt şəhərlərində atmosfer havasında dispers toz hissəciklərinin miqdarı normadan çox olub.

 

Bu barədə Modern.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

 

Stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dispers toz hissəcikləri 1.2, dəm qazı 1.3, azot-4 oksid 1.2, Sumqayıt şəhərində dispers toz hissəcikləri 1.2 dəfə normadan yüksək müəyyən edilib.

 

Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar lokal xarakterlidir. Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədardır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama