Modern.az

Naxçıvan Qaz İstismar Xidmətinin yeni ştatı təsdiqləndi

Naxçıvan Qaz İstismar Xidmətinin yeni ştatı təsdiqləndi

2 Dekabr 2023, 18:18

“Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmana dəyişiklik edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov fərman imzalayıb.

 

Fərmana əsasən, Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin işçilərinin say həddi cəmi 603 ştat vahidi olmaqla, Aparat üzrə 194 ştat vahidi, yerli idarələri üzrə 409 ştat vahidi həddində müəyyən edilib.

 

Eyni zamanda, qurumun sədr müavinlərinin sayı artırılaraq ikiyə çatdırılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama