Modern.az

Masallı sakinləri ov tüfənglərini polisə təhvil verdilər

Masallı sakinləri ov tüfənglərini polisə təhvil verdilər

2 Dekabr 2023, 18:48

Masallıda daha 3 sakin qanunsuz saxladığı odlu silahı polisə təhvil verib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Keçirilən növbəti tədbirlər zamanı daha 3 sakin müvafiq sənədləri olmadan qanunsuz saxladıqları 2 ədəd "İJ" markalı, 1 ədəd isə "TOZ" markalı ov tüfənglərini polis əməkdaşlarına könüllü təhvil veriblər.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama