Modern.az

Avropa çempionatının mükafat fondu

Avropa çempionatının mükafat fondu

2 Dekabr 2023, 19:46

2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının mükafat fondu açıqlanıb.

 

Modern.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iştirakçı komandalara veriləcək məbləğ “Avro-2020” ilə eyni səviyyədə, yəni, ümumilikdə 331 milyon avro olaraq təsdiqlənib.

 

İştirak haqqı 9,25 milyon avro təşkil edir. Hər qələbəyə görə 1 milyon, heç-heçəyə görə 500 min avro ödəniləcək.

 

Səkkizdəbir finala vəsiqə əldə edən yığmaların hər biri 1,5 milyon avro qazanacaq. Dörddəbir finala çıxan kollektivlər 2,5 milyon, yarımfinalın iştirakçıları 4 milyon avro alacaqlar.

 

Finalda uduzan komandaya 5 milyon, Avropa çempionuna isə 8 milyon avro mükafat veriləcək.

 

Çempion komandanın hər üç qrup matçında qalib gələcəyi təqdirdə, əldə edə biləcəyi maksimum gəlir 28,25 milyon avro olacaq.

 

Qeyd edək ki, Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyanın 10 şəhərində keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama